Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini kəskin artırıb
- 17 oktyabr, 2023
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 448,9 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % azdır.
Hesabat dövründə Azərbaycanın əczaçılıq məhsulları ixracının dəyəri isə 14,5 milyon ABŞ dolları olub. Bu isə 1 il əvvələ nisbətən 7,5 dəfə çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 3,6 %-ni, ixrac isə ümumi ixracın 0,05 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 103 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,8 % azdır.
9 aylıq xarici ticarət dövriyyəsinin 26 milyard 489 milyon ABŞ dolları ixracın, 12 milyard 614 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 10,3 % azalıb, idxal isə 22,5 % artıb.
Son nəticədə xarici ticarətdə 13 milyard 875 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 27,8% azdır.