Azərbaycan Dövlət Neft Fondunun aktivləri 10% azalıb

Maliyyə
  • 01 mart, 2016
  • 06:32
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 10% azalıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 2016-cı il yanvarın 1-nə 33 574,1 mln. ABŞ dollarına bərabər olub.

Fonddan "Report"a verilən məlumata görə, ARDNF-in aktivləri 2015-ci ilin əvvəlinə nisbətən 9,5% azalıb.

Qeyd edək ki, 2015-ci ilin əvvəlində Dövlət Neft Fondunun aktivləri 37 104,1 mln. dollar təşkil edib.

44 - Tezliklə