Azərbaycan dövlət borclanmasından istifadəni aktivləşdirəcək
- 05 noyabr, 2021
- 12:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda ortamüddətli dövrdə dövlət büdcəsinin gəlir və xərclərinin ahəngdarlığının təmin edilməsi, büdcə qaydası çərçivəsində müəyyən olunmuş meyarların gözlənilməsi, Dövlət Neft Fondunun aktivlərinin iqtisadi təhlükəsizliyi təmin edəcək səviyyədə qorunması, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin, habelə dövlətin əsas funksiyalarının (sosial təminat, səhiyyə, müdafiə, dövlət borcuna xidmət və s.) maliyyələşdirilməsi məqsədilə gələn il dövlət borclanmasından daha aktiv istifadə edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, gələn il xarici borc üzrə əsas borc ödənişlərinin bir qisminin istiqrazları yeni cəlb ediləcək borc vəsaitləri hesabına yenidən maliyyələşdirilməsi və sərbəstləşən vəsaitin prioritet hesab olunan digər büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.
Bununla belə, qeyd olunan döv ərzində borclanmalar həyata keçirilərkən dövlət borcunun dayanıqlılığının təmin edilməsi, dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyyaclarının ən az xərclə və aşağı risklərlə qarşılanması və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstələnməsi kimi strateji məqsədlər gözlənməlidir.
Gələn ildə dövlət borcu ilə yanaşı, kvazi-dövlət borcunun idarə ediləmsi üzrə də bir sıra tədbirlər görüləcək. Belə ki, dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə cəlb olunmuş maliyyə öhdəliklərinin həcmi və valyuta tərkibi, növbəti illərdə bu maliyyə öhdəliklərinə əsas əsas borcalanlar tərəfindən xidmət edilə bilməməsi şəraitində, dövlət zəmanətin in şərtlərinə uyğun olaraq sözügedən öhdəliklərə xidmətin dövlət tərəfindən həyata keçirilməsi, habelə ölkəınin kredit reytinqinə xələl gətirilməməsi məqsədilə “Dövlət borcu və zəmanəti üzrə öhdəluiklərin Təminat Fondu”nda verilmiş dövlət zəmanətləri çərçivəsində dövlət borcu hesab edilən şərti öhdəliklər məbləğində vəsaitin ehtiyyat kimi formalaşdırılması və səviyyəsinin mütəmadi saxlanılması üçün bərpa edilməsi təmin ediləcək.