Azərbaycan dəyişkən faiz dərəcəli borcunun xüsusi çəkisini 16 %-ə endirib
Maliyyə
- 17 oktyabr, 2025
- 13:22
Azərbaycanın dəyişkən faiz dərəcəli borcunun ümumi portfeldə payı 16 %-ə düşüb.
"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov bildirib.
Onun sözlərinə görə, bu nisbət 2018-ci ildə 30 % olub: "Faiz dərəcəsi dəyişəndə portfelin 30 %-də xidmət xərci dəyişə bilər. Bunu tədricən azaltmağı, ortamüddətli dövrdə 20 %-dən aşağı salmağı hədəf kimi müəyyən etdik. Bunun üçün daha çox sabit dərəcə ilə borclanıb, dəyişkən dərəcəli borcları ödədik. Komanda olaraq mütəmadi risk göstəricilərinə nəzarət edirik. Strategiyada qarşımıza qoyulan hədəflərə doğru addım-addım irəliləyirik".
Son xəbərlər
02:09
Rusiyada yanacaq qıtlığı fonunda il sonunadək "Avro-3" benzininin dövriyyəsinə icazə verilib
Region01:46
Albaniya müdafiə xərclərini təxminən 110 milyon avroyadək artıracaq
Digər ölkələr01:39
Luis de la Fuente: "Avstriyanı bütün komponentlərdə üstələdik"
Futbol01:34
Lamin Yamal İspaniya - Avstriya matçının ən yaxşısı seçilib
Futbol01:17
Kanada və Avropa iki ildə müdafiə ehtiyaclarına 250 milyard dollar yönəldəcək
Digər ölkələr00:59
Foto
DÇ-2026: İspaniya Avstriyanı məğlub edərək 1/8 finala çıxıb - YENİLƏNİB-6
Futbol00:40
Albaniya Aİ-nin enerji qanunvericiliyi tələblərini tamamlayıb
Digər ölkələr00:22
Hakan Fidan: Qafqazdakı sülh prosesində Rusiyanın mövqeyi Türkiyə üçün önəmlidir
Region23:59