Azərbaycan BOKT-unun istiqrazlarına 7 investor maraq göstərib

Maliyyə
  • 14 aprel, 2022
  • 13:04
Azərbaycan BOKT-unun istiqrazlarına 7 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də “International" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” bu barədə birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 7 investor 2 milyon manatlıq 7 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti” QSC-dir.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.