Azərbaycan BOKT-unun yeni istiqrazları üzrə hərracın tarixi dəyişib

Maliyyə
  • 15 mart, 2022
  • 05:21
Azərbaycan BOKT-unun yeni istiqrazları üzrə hərracın tarixi dəyişib

"Bakı Fond Birjası" QSC-də (BFB) “FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərracın tarixi martın 15-dən 29-na dəyişdirilib.

“Report” bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 3 000 ədəd, yəni 3 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5%-dir. Faizlər 3 aydan bir ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.