Azərbaycan BOKT-u təşkilati-hüquqi formasını dəyişir

Maliyyə
  • 16 noyabr, 2021
  • 10:55
Azərbaycan BOKT-u təşkilati-hüquqi formasını dəyişir

“Fintrend” QSC bank olmayan kredit təşkilatı (BOKT) təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, “FinTrend” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarları 54% payla Erkin Əsədov, 26% payla Nərmin Hüseynzadə və 20% payla Kənan Salayevdir.