Azərbaycan BOKT-u təşkilati-hüquqi formasını dəyişir

Maliyyə
  • 25 oktyabr, 2021
  • 10:39
Azərbaycan BOKT-u təşkilati-hüquqi formasını dəyişir

“Nas Project” MMC bank olmayan kredit təşkilatı (BOKT) təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrildiyini elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "Nas Project" ötən oktyabr ayında yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 105/35, mənzil 56, nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Elnur Fəzli oğlu Məmmədovdur.