Azərbaycan BOKT-lərinin xalis mənfəəti 33 % azalıb
- 26 yanvar, 2021
- 13:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 9,9 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 33,1 % azdır.
2020-ci ildə BOKT-ların gəlirləri 78,2 milyon manat (illik müqayisədə 14,7 % çox), xərcləri 53,8 milyon manat (3,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,8 milyon manat (1 il bundan əvvəl qənaət ediblər), mənfəət vergisi ödəmələri isə 3,8 milyon manat (40,7 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə BOKT-lərin aktivləri 316,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,7 % çoxdur. Bunun 224,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə sektorun kredit portfeli 6 % kiçilib.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 13,2 % azalaraq 174,9 milyon manata düşüb, balans kapitalı isə 0,15 % artaraq 141,4 milyon manata çatıb.