Azərbaycan BOKT-ları I rübdə 82 milyon manata yaxın xalis mənfəət əldə edib

Maliyyə
  • 29 aprel, 2026
  • 11:14
Azərbaycan BOKT-ları I rübdə 82 milyon manata yaxın xalis mənfəət əldə edib

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 81,7 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 31,6 milyon manat xalis zərərlə çıxmışdı.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-mart aylarında BOKT-ların gəlirləri 175,8 milyon manat (illik müqayisədə 44,7 % çox), xərcləri 63,2 milyon manat (8,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 25,3 milyon manat (72,9 % az), gözlənilməz xərcləri 0,3 milyon manat (ötən ilin eyni dövründə olmayıb), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (3,1 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə BOKT-ların aktivləri 1 milyard 471,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 56,7 % çoxdur. Bunun 1 milyard 99,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 68,6 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 55,6 % artaraq 804,4 milyon manata, balans kapitalı isə 58,1 % artaraq 667 milyon manata çatıb.

44 - Tezliklə