​Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni kredit cəlb edib

Maliyyə
  • 30 aprel, 2015
  • 06:10
​Azərbaycan Beynəlxalq Bankı xaricdən yeni kredit cəlb edib

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Niderlandın "ING Bank N.V." bankından kredit cəlb edib. Bu barədə "Report"a ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bir il müddətinə 60 mln. ABŞ dolları həcmində cəlb olunan vəsait Azərbaycanda korporativ maliyyələşməyə yönəldiləcək.

Qeyd edək ki, ABB-nin əsas səhmdarı Maliyyə Nazirliyidir ki, onun payının həcmi 51,07%-dir.

44 - Tezliklə