“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 9 % azalıb

Maliyyə
  • 15 yanvar, 2025
  • 07:03
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 9 % azalıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü ili 293,732 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 8,9 % azdır.

Ötən il ABB-nin gəlirləri 1 milyard 254,38 milyon manat (illik müqayisədə 22,8 % çox), xərcləri 770,646 milyon manat (45,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 115,349 milyon manat (65 % çox), mənfəət vergisi ödəmələri isə 74,654 milyon manat (24,7 % az) təşkil edib.

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 13 milyard 628,949 milyon manat olub ki, bu da illik müqayisədə 0,3 % azdır. Bunun 5 milyard 864,062 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 25,2 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 2,4 % azalaraq 11 milyard 578,753 milyon manat, o cümlədən depozit portfeli 6,5 % artaraq 10 milyard 006,543 milyon manat, balans kapitalı isə 13,3 % artaraq 2 milyard 50,196 milyon manat, o cümlədən nizamnamə kapitalı isə 4,5 % artaraq 1 281,271 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

44 - Tezliklə