“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 7 % artıb

Maliyyə
  • 20 oktyabr, 2022
  • 12:29
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 7 % artıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin yanvar-sentyabr aylarını 209,914 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,5 % çoxdur.

Yanvar-sentyabr aylarında ABB-nin gəlirləri 535,932 milyon manat (illik müqayisədə 18,3 % çox), xərcləri 254,186 milyon manat (13,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 32,72 milyon manat (4,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 39,112 milyon manat (60,1 % çox) təşkil edib.

Bu il oktyabrın 1-nə ABB-nin aktivləri 12 432,465 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31,8 % çoxdur. Bunun 3 256,726 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 29,8 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 35,7 % artaraq 10 881,632 milyon manata, o cümlədən depozit portfeli 43,1 % artaraq 9 662,399 milyon manata, balans kapitalı isə 9,9 % artaraq 1 550,833 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

44 - Tezliklə