“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 22 % artıb

Maliyyə
  • 18 yanvar, 2023
  • 13:19
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 22 % artıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2022-ci ili 254,380 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 21,8 % çoxdur.

Ötən il ABB-nin gəlirləri 780,239 milyon manat (əvvəlki illə müqayisədə 29 % çox), xərcləri 384,809 milyon manat (17,8% çox), xüsusi ehtiyatlara ayırmaları 61,51 milyon manat (3,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 79,541 milyon manat (55,5 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 14 038,886 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,2 % çoxdur. Bunun 3 237,741 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 23,5 % artaraq 12 405,965 milyon manata, o cümlədən depozit portfeli 28,6 % artaraq 10 622,352 milyon manata, balans kapitalı isə 13,6 % artaraq 1 632,921 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

44 - Tezliklə