“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 20% azalıb

Maliyyə
  • 20 iyul, 2022
  • 08:23
“Azərbaycan Beynəlxalq Bankı”nın xalis mənfəəti 20% azalıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I yarısını 118,417 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 20,1 % azdır.

Yanvar-iyun aylarında ABB-nin gəlirləri 335,496 milyon manat (illik müqayisədə 6,6 % çox), xərcləri 160,491 milyon manat (6,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 35,372 milyon manat (26,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 21,216 milyon manat (42,7% çox) təşkil edib.

Bu il iyulun 1-nə ABB-nin aktivləri 12 082,955 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 36,4 % çoxdur. Bunun 3 175,654 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 30,2 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 42,7 % artaraq 10 523,437 milyon manata, o cümlədən depozit portfeli 57,7 % artaraq 9 120,483 milyon manata, balans kapitalı isə 5,4 % artaraq 1 559,518 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,61%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

44 - Tezliklə