“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının yığıncağının vaxtı dəyişib

Maliyyə
  • 14 iyun, 2022
  • 06:15
“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının yığıncağının vaxtı dəyişib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının iyunun 14-də, saat 15:00-da keçirilməsi nəzərdə tutulan növbəti ümumi yığıncağı iyunun 30-na keçirilib.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyində dəyişiklik edilməyib.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,61%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.