"Azərbaycan Beynəlxalq Bankı"nın səhmdarlarının yığıncağı keçiriləcək
- 20 aprel, 2022
- 04:57
Yeniliklərdən dərhal xəbərdar olun!
İyunun 14-də, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə ABB-nin kənar auditorunun təsdiqlədiyi və Bankın Audit Komitəsinin tövsiyyə etdiyi 2021-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi, səhm sahiblərinə dividend ödənilməsi və geri çağrılmış səhmlərin ləğv edilməsi məsələləri daxildir.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 mlrd 241,287 mln manatdır. Bankın səhmlərinin 91,4 %-i Maliyyə Nazirliyinə, 3,76 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,13 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,71%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.