"Azərbaycan Beynəlxalq Bankı”nın istiqrazlarına 9 investor maraq göstərib

Maliyyə
  • 24 dekabr, 2024
  • 13:37
Azərbaycan Beynəlxalq Bankı”nın istiqrazlarına 9 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 100 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 1 000 000 ədəd istiqraz premium bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 9 investor 100 milyon manatlıq 9 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi