"Azərbaycan Beynəlxalq Bankı"nın dividend ödənişi üzrə proqnoz sabit saxlanılır
- 04 noyabr, 2025
 - 11:06
 
                            
                            
                        "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 2026-ci ildə dövlət büdcəsinə 150 milyon manat dividend ödəməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu, 2025-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə eynidir.
Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında ABB 175,1 milyon manat dividend ödəyib və proqnozu 116,7 % icra edib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 282,183 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.