“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri azalıb

Maliyyə
  • 19 aprel, 2023
  • 08:07
“Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri azalıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) bu ilin I rübünü 80,403 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,05 dəfə çoxdur.

Yanvar-mart aylarında ABB-nin gəlirləri 230,445 milyon manat (illik müqayisədə 53,9 % çox), xərcləri 103,767 milyon manat (37,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 20,675 milyon manat (20,2 % az), mənfəət vergisi ödəmələri isə 25,6 milyon manat (2,85 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə ABB-nin aktivləri 11 564,338 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,7 % azdır. Bunun 3 281,412 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,7 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 3,2 % azalaraq 9 851,133 milyon manata, o cümlədən depozit portfeli 1,1 % azalaraq 8 737,050 milyon manata düşüb, balans kapitalı isə 16 % artaraq 1 713,204 milyon manata çatıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

44 - Tezliklə