Azərbaycan Beynəlxalq Bankı istehlak kreditlərini bahalaşdırıb

Maliyyə
  • 05 dekabr, 2016
  • 10:37
Azərbaycan Beynəlxalq Bankı istehlak kreditlərini bahalaşdırıb

Bakı. 5 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC yalnız manatla verdiyi istehlak kreditlərinin illik faiz dərəcələrini artırıb. 

Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, hazırda ABB-də fiziki şəxslərə borc illik 26-29%-lə verilir. İndiyə qədər bu göstərici 19-23% olub.

İstehlak kreditləri 300 manatdan 15 min manata qədər, maksimum 60 aylıq müddətə ayrılır. Komissiya haqqı kreditin məbləğinin 1%-i qədərdir.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 247,85 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan 2 375 137 955 səhm əsasında formalaşıb. Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur.

44 - Tezliklə