"Azərbaycan Beynəlxalq Bankı" innovasiya şirkəti yaradıb
- 01 aprel, 2025
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) məxsus "ABB-İnnovasiya" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət ABB-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə ABB-nin Agile Ofisinin rəhbəri Həsən Etibar oğlu Eminovdur.
Törəmə şirkətin yaradılması ilə bağlı qərar ABB-nin səhmdarlarının ötən il dekabrın 13-də keçirilmiş növbədənkənar yığıncağında qəbul edilib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.