Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Maliyyə
  • 24 iyul, 2020
  • 10:50
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri bu il iyulun 1-nə 1 471,8 milyard manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 7,6% azdır.

Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 10,6% az, ötən ilin iyulun 1-i ilə müqayisədə isə 1,9% azalıb.