Azərbaycan banklarının xarici öhdəlikləri artıb

Maliyyə
  • 26 iyun, 2021
  • 12:27
Azərbaycan banklarının xarici öhdəlikləri artıb

Azərbaycan banklarının xarici öhdəlikləri bu il iyunun 1-nə 1 165,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 7,9% çoxdur.

Bununla belə, bankların xarici öhdəlikləri yanvarın 1-nə nisbətən 4,6%, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 27,2% azalıb.