Azərbaycan banklarının xarici öhdəlikləri 50% artıb

Maliyyə
  • 27 avqust, 2022
  • 11:30
Azərbaycan banklarının xarici öhdəlikləri 50% artıb

Azərbaycan banklarının xarici öhdəlikləri bu il avqustun 1-nə 1 milyard 624,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 2,7% çoxdur.

Bu, bu il yanvarın 1-nə nisbətən 52,8 %, ötən ilin avqustun 1-i ilə müqayisədə isə 49,8 % artıb.

Azərbaycanda 26 bank fəaliyyət göstərir.