Azərbaycan banklarının xarici öhdəlikləri 22 % azalıb

Maliyyə
  • 25 sentyabr, 2021
  • 08:15
Azərbaycan banklarının xarici öhdəlikləri 22 % azalıb

Azərbaycan banklarının xarici öhdəlikləri bu il sentyabrın 1-nə 1 033,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 4,7 % azdır.

Bankların xarici öhdəlikləri yanvarın 1-nə nisbətən 15,3 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə 21,6 % azalıb.

44 filmi