Azərbaycan banklarının xalis xarici aktivləri yanvarda 3 %-ə yaxın azalıb

Maliyyə
  • 02 mart, 2024
  • 12:51
Azərbaycan banklarının xalis xarici aktivləri yanvarda 3 %-ə yaxın azalıb

Bu il fevralın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 24 milyard 550,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,6 %, 2023-cü il fevralın 1-i ilə müqayisədə isə 5,1 % azdır.

2024-cü il yanvarın sonuna bankların xalis daxili aktivləri 20 milyard 347,7 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,5 %, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 26 % çoxdur.

Azərbaycanda 23 bank fəaliyyət göstərir.