Azərbaycan banklarının xalis xarici aktivləri martda 1 % azalıb

Maliyyə
  • 30 aprel, 2025
  • 13:19
Azərbaycan banklarının xalis xarici aktivləri martda 1 % azalıb

Bu ilin aprelin 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 250,5 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 % az, ilin əvvəli ilə müqayisədə 6,2 % çox, ötən ilin aprelin 1-nə nisbətən 10,6 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 18 milyard 480,3 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1,9 % çox, ilin əvvəli ilə müqayisədə 7,1 % az, ötən ilin eyni dövrünə nisbətən 4,2 % azdır.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.