Azərbaycan banklarının xalis xarici aktivləri iyunda 2 % azalıb

Maliyyə
  • 26 iyul, 2024
  • 09:06
Azərbaycan banklarının xalis xarici aktivləri iyunda 2 % azalıb

Bu il iyulun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 24 milyard 176,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,6 % az, ilin əvvəlinə nisbətən 4,1 % az, ötən il iyulun 1-i ilə müqayisədə isə 15,2 % çoxdur.

Bu il iyunun sonuna bankların xalis daxili aktivləri isə 20 milyard 885,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 3 %, ilin əvvəlinə nisbətən 5,2 %, illik müqayisədə isə 3,1 % çoxdur.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.