Azərbaycan banklarının xalis xarici aktivləri 23 % artıb

Maliyyə
  • 01 oktyabr, 2022
  • 08:34
Azərbaycan banklarının xalis xarici aktivləri 23 % artıb

Bu il sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 22 milyard 153,7 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 %, ilin əvvəlinə nisbətən 9,8 %, ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə 22,9 % çoxdur.

Bu il avqustun sonuna bankların xalis daxili aktivləri 16 milyard 911,2 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 4,1 %, ilin əvvəlinə nisbətən 16,8 %, illik müqayisədə isə 27,5 % çoxdur.

Azərbaycanda 26 bank fəaliyyət göstərir.