Azərbaycan banklarının xalis xarici aktivləri 20% artıb

Maliyyə
  • 23 oktyabr, 2021
  • 10:26
Azərbaycan banklarının xalis xarici aktivləri 20% artıb

Bu il oktyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 18 583,8 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 3,1 % çox, ilin əvvəlinə nisbətən 0,8 % çox, ötən il oktyabrın 1- ilə müqayisədə isə 20,1 % çoxdur.

Sentyabrın sonuna bankların xalis daxili aktivləri isə 13 628,4 milyon manat olub ki, bu da, avqustun sonu ilə müqayisədə 2,8 %, ilin əvvəlinə nisbətən 26,8 %, illik müqayisədə isə 20,1 % çoxdur.

44 filmi