Azərbaycan banklarına xarici valyuta ilə depozit qoyuluşu 10 % artıb

Maliyyə
  • 25 avqust, 2021
  • 09:20
Azərbaycan banklarına xarici valyuta ilə depozit qoyuluşu 10 % artıb

Bu il avqustun 1-nə Azərbaycan banklarına xarici valyuta ilə depozit qoyuluşu 9 milyard 666,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 9,7 % çoxdur.

Banklara xarici valyuta ilə depozit qoyuluşu ilin əvvəlinə nisbətən 8,8 %, ötən il avqustun 1-i ilə müqayisədə isə 10 % artıb.

44 filmi