Azərbaycan banklarına manatla depozit qoyuluşu il ərzində 32 % artıb

Maliyyə
  • 25 avqust, 2021
  • 09:11
Azərbaycan banklarına manatla depozit qoyuluşu il ərzində 32 % artıb

Bu il avqustun 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 10 milyard 782,8 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,4 % çoxdur.

Banklara milli valyutada depozit qoyuluşu ilin əvvəlinə nisbətən 13,2 %, ötən il avqustun 1-i ilə müqayisədə isə 31,6 % artıb.

44 - Tezliklə