Azərbaycan bankları son 1 ildə 3 filialını və 12 şöbəsini bağlayıb

Maliyyə
  • 01 mart, 2019
  • 14:20
Azərbaycan bankları son 1 ildə 3 filialını və 12 şöbəsini bağlayıb

Bakı. 1 mart. REPORT.AZ/ Bu il fevralın 1-nə Azərbaycanın bank sektoru 508 filiala və 130 şöbəyə malik olub.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il fevralın 1-i ilə müqayisədə müvafiq olaraq 3 vahid və 12 vahid azdır.

Bu ilin yanvar ayında isə bankların filial və şöbələrinin sayında dəyişiklik olmayıb.