"Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti 65 yaşını qeyd edir

Maliyyə
  • 02 oktyabr, 2025
  • 16:49
Azərbaycan Banklar Assosiasiyasının prezidenti 65 yaşını qeyd edir

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyevi qəbul edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə baş bankir Z.Nuriyevin 65 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, uzun müddət bank rəhbəri, eləcə də ABA-nın prezidenti kimi bank sektorunun dayanıqlılığının artırılması istiqamətində fəaliyyəti və sektora verdiyi töhfələri yüksək qiymətləndirib.

T.Kazımov qeyd edib ki, Z.Nuriyevin ABA rəhbəri kimi fəal idarəçiliyi və təşəbbüsləri bank sektorunda əməkdaşlıq əlaqələrinin güclənməsinə, eləcə də sahənin davamlı inkişafında mühüm rol oynayıb. O, Z.Nuriyevin fəaliyyəti nəticəsində sektorda qurulan konstruktiv əməkdaşlıq atmosferinin bankçılıq sahəsinin inkişafında əhəmiyyətini xüsusi vurğulayıb.

Z.Nuriyev göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti