Azərbaycan bankı səhmdarlarına 125 milyon manat dividend ödəyəcək
- 02 iyul, 2022
- 11:10
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan Beynəlxalq Bankı" ASC səhmdarlarına ötənilki mənfəətindən 125 milyon manat dividend ödəyəcək.
Bu barədə "Report"a Bankdan bildirilib.
Məlumata görə, bununla bağlı qərar ABB-nin səhmdarlarının iyunun 30-da keçirilmiş ənənəvi ümumi yığıncağında qəbul edilib. Yığıncaqda Bankın kənar auditor unun təsdiqlədiyi və Audit Komitəsinin tövsiyyə etdiyi 2021-ci il üzrə maliyyə hesabatı təsdiq edilib, eləcə də kredit təşkilatının geri çağırılmış səhmlərinin ləğvi edilməsi məsələsinə baxılıb və bununla bağlı qərar qəbul edilib.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 241,287 milyon manatdır. Bankın səhmlərinin 91,4%-i Maliyyə Nazirliyinə, 3,76%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına, 4,61%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.