Azərbaycan bankı işğaldan azad edilmiş ərazilərdəki fəaliyyətini açıqlayıb

Maliyyə
  • 10 iyun, 2025
  • 15:24
Azərbaycan bankı işğaldan azad edilmiş ərazilərdəki fəaliyyətini açıqlayıb
Cavid Quliyev

İndiyə qədər "PAŞA Bank" ASC işğaldan azad edilmiş ərazilərdə icra olunan layihələr üçün 300 milyon manatlıq maliyyələşmə təmin edib.

"Report" xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Cavid Quliyev 2024-cü ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 200 milyon manatı qeyri-nağd öhdəliklər (zəmanət və təminatlar), 100 milyon manatı isə nağd maliyyələşmə (kredit, lizinq və kredit xətləri) olub.

"2021-ci ildən bu günə qədər həmin regionda fəaliyyət göstərən tərəfdaşlar ümumilikdə 5 milyard manat dəyərində müqavilə imzalayıb. Ötən il Qarabağ və Şərqi Zəngəzura yatırımlarımız əsasən turizm infrastrukturunun qurulmasına, regionda yol- nəqliyyat bağlantılarının inkişafına, su ehtiyatlarının idarəedilməsinə və bank xidmətlərinin əlçatanlığının artırılmasına yönəldilib", - deyə sədr qeyd edib.

Bundan başqa, C.Quliyev deyib ki, "PAŞA Bank" son bir neçə ildə sərnişindaşıma ilə bağlı 10 milyon avroluq və təxmini 3 milyon manatlıq maliyyələşdirmə həyata keçirib: "Bunun hesabına ölkəyə 50 ədəd CNG və yaxud sıxılmış təbii qazla işləyən avtobus, eləcə də 5 ədəd elektrikli avtobus gətirilib. Sözsüz ki, bu yeni nəsil nəqliyyat vasitələri iqlimə çox müsbət təsir edir. Bankımızın sərnişindaşıma ilə bağlı bu il də böyük planları var".

"İkinci vacib sahə aqrar sektordur. Bu sahəyə son 2 ildə 35 milyon manat maliyyələşmə ayırıb, təxminən 5 min hektar ərazidə damcılı və pivot suvarma sistemlərinin quraşdırılması icra edilib", - deyə o əlavə edib.

44 filmi