Azərbaycan bankı innovasiya şirkəti yaradır
- 09 noyabr, 2024
- 13:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Dekabrın 13-də, saat 15:00-da "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında olacaq.
Yığıncağın gündəliyinə ABB-nin nizamnamə kapitalının artırılması və yeni redaksiyada təsdiq edilməsi, eləcə də törəmə innovasiya şirkətinin yaradılması məsələlər daxildir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 282,183 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.