Azərbaycan bankı bir sıra əməkdaşlarının mükafatlandırılmasını təxirə salır

Maliyyə
  • 05 aprel, 2024
  • 13:11
Azərbaycan bankı bir sıra əməkdaşlarının mükafatlandırılmasını təxirə salır

Mayın 20-də, saat 15:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 67 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə ABB-nin kənar auditorunun təsdiqlədiyi 2023-ci il üzrə maliyyə və idarəetmə hesabatlarının təsdiq olunması, ötən ilin maliyyə nəticələrinə əsasən, səhmdarlara dividend ödənilməsi, Bankın Müşahidə Şurasının (MŞ) tərkibinin nəzərdən keçirilməsi və İdarə Heyətinin sədrinin təyin edilməsi, "Banklarda korporativ idarəetmə standartları"nın tələblərinə əsasən bir sıra əməkdaşların mükafatlandırılmasının təxirə salınması, əlavə səhm buraxılması yolu ilə kredit təşkilatının nizamnamə kapitalının artırılması, qurumun üzü və MŞ haqqında əsasnaməsinin yeni redaksiyada təsdiqlənməsi məsələləri daxildir.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23%-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

44 filmi