Azərbaycan aviaşirkəti 25 milyon dollarlıq istiqraz buraxır
- 12 oktyabr, 2021
- 07:20
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin ümumi dəyəri 25 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 25 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.
İsrtiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi 2 gün əvvəlcədən BFB-nin internet səhifəsində açıqlanacaq. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Onların əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.