"Silk Vey Vest Aviaşirkəti” 20 milyon dollarlıq istiqraz buraxır
- 20 dekabr, 2024
- 12:37
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Silk Vey Vest Aviaşirkəti” MMC-nin 20 milyon ABŞ dolları dəyərində istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir. Qiymətli kağızlar dekabrın 23-də rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.
İstiqrazlar 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 5,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.