Azərbaycan 9 ayda dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

Maliyyə
  • 28 oktyabr, 2026
  • 12:04
Azərbaycan 9 ayda dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 397,1 milyon manat məbləğində vəsait istifadə edilib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 9 ayda 2 milyard 297,2 milyon manat məbləğində dövlət istiqrazları üzrə vaxtı çatmış əsas borc vəsaiti investorlara geri ödənilib.