Azərbaycan 9 ayda dövlət borcuna və öhdəliklərinə xidmətə 1,5 milyard manatdan çox pul xərcləyib
Maliyyə
- 22 oktyabr, 2025
- 14:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 6,1 %-i və yaxud 1 milyard 516,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.
9 ayda daxili dövlət borcu üzrə 449,9 milyon manat (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 66,9 milyon manat olmaqla (əsas borc üzrə 740,8 milyon manat, faiz borcu üzrə 326,1 milyon manat) ödənilib.
Xatırladaq ki, bu il büdcədə borc və öhdəliklərə xidmət üçün 2 milyard 399,6 milyon manat vəsait nəzərdə tutulub.
Son xəbərlər
07:12
Rusiyada zərərlə işləyən biznes sahələrinin sayı kəskin artıb
Region06:33
Bu gün Bakı, Ağdərə, Goranboy, Göyçay və Yevlaxın bəzi ərazilərində işıq olmayacaq
Energetika06:03
Messi Argentina millisində vida matçını keçirib
Futbol05:24
Azərbaycan BMT-də itkin düşmüş 71 uşağın taleyinin müəyyənləşdirilməsinə çağırıb
Xarici siyasət05:14
ABŞ-nin İrana qarşı döyüşlərində 80-dən çox hava vasitəsi məhv edilib və ya sıradan çıxarılıb
Digər ölkələr04:43
Britaniya Suriyanın sabiq iqtisadiyyat nazirinə qarşı sanksiyaları ləğv edib
Digər ölkələr04:18
Vens: İran müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsini azaltmalıdır
Digər ölkələr03:45
ISIS: Peyk görüntüləri İrandakı "nüvə obyektində" yeni aktivlikdən xəbər verir
Region03:13