“Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb
- 17 aprel, 2024
- 10:04
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azər-Türk Bank” ASC bu ilin I rübünü 7,907 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur.
Yanvar-mart aylarında “Azər-Türk Bank”ın gəlirləri 31,59 milyon manat (illik müqayisədə 51,4 % çox), xərcləri 22,219 milyon manat (38,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 759 min manat (21,4 % az), mənfəət vergisi ödəmələri isə 705 min manat (11,9 % az) təşkil edib.
Bu il aprelin 1-nə “Azər-Türk Bank”ın aktivləri 1 milyard 458,532 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 59,7 % çoxdur. Bunun 663,427 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 83,8 % böyüyüb.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 62,5 % artaraq 1 milyard 366,023 milyon manata, o cümlədən depozit portfeli 2,3 dəfə artaraq 912,177 milyon manata, balans kapitalı isə 27,1 % artaraq 92,509 milyon manata çatıb.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.