“Azər-Türk Bank”ın Müşahidə Şurası yenidən formalaşdırılıb
- 23 iyul, 2025
- 17:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri Əfqan İsayev və Zaur Qurbanov MŞ-nin üzvü seçilib. Onlar bu vəzifədə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin direktoru Günel Cavadova ilə Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin şöbə müdiri Pərvin Manafovu əvəz edib. Dəyişiklik SOCAR-ın "Azər-Türk Bank"ın səhmlərini əldə etməsi fonunda baş verib.
Şuranın sədri əvvəlki kimi AİH-in Baş icraçı direktoru Ruslan Əlixanovdur.
Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır.