“Avrasiya-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 29 may, 2025
  • 16:13
“Avrasiya-Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Avrasiya-Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 699 min manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 32,6 % çoxdur.

Ötən il “Avrasiya-Kredit”in vergiyəqədərki mənfəəti 873 min manat (əvvəlki ilə nisbətən 32,5 % çox), mənfəət vergisi ödəmələri isə 175 min manat (32,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Avrasiya-Kredit”in aktivləri 4,672 milyon manat olub ki, bu da illik müqayisədə 6,5 % çoxdur. Bunun 4,354 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 6,2 % böyüyüb.

Hesabat dövründə “Avrasiya-Kredit”in öhdəlikləri 47,9 % azalaraq 447 min manata, balans kapitalı isə 19,8 % artaraq 4,225 milyon manata çatıb.

Xatırladaq ki, “Avrasiya Kredit” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. BOKT-un təsisçisi Beynəlxalq Avrasiya Mətbuat Fondudur (Qeyri-hokumət təşkilatı).

44 - Tezliklə