“Atabank" daha bir sosialyönümlü layihə həyata keçirib
- 26 dekabr, 2017
- 05:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 dekabr. REPORT.AZ/ "Atabank" ASC-nin maliyyə dəstəyi ilə daha bir sosialyönümlü layihə reallaşdırılıb.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumatda deyilir ki, “Atabank” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə “SOS uşaq kəndləri” təşkilatının sakinlərinə sevinc bəxş edib. Belə ki, Bakı Futbol Liqasında maliyyə sektorunu layiqincə təmsil edən Bankın nümayəndələri oyun öncəsi uşaq təşkilatını ziyarət edib və bir neçə yeniyetməni "Kristal R&R"la olan görüşə də dəvət edib. Həmin uşaqlar “Atabank”ın komandası və rəqiblə birgə "Uşaqlar bizim gələcəyimizdir" şüarı ilə meydana daxil olub, oyuna baxıb, xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Bu dəstəyi oyunu izləyən azarkeşlər böyük rəğbət və alqışlarla qarşılayıb.
“Atabank”ın Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib ki, bu sosial yönümlü layihə ölkənin gələcəyi olan uşaqların layiqli övlad kimi yetişməsi üçün atılan addımlardan sadəcə biridir: "Bizim layihələr həmişə sabahımıza yönəlikdir. Çünki müştərilərimizə xidmət etməklə yanaşı, hər bir Azərbaycan vətəndaşına sevinc bəxş etmək və dəstək olmaq Bankımızın əsas vəzifələrindən biridir. Bu dəfə də uşaq evini ziyarət edib, uşaqların bir neçəsini oyunumuza gətirdik. Yeniyetmələr futbolçularla birgə meydana çıxdılar. İnanırıq ki, bu dəstək bir gününü bizlə keçirən oğlan və qızlarda futbola və idmana xüsusi həvəs yaradacaq. Biz uşaqlarla söhbətdə də bunu hiss etdik. Hətta onlara formalar, xüsusi hədiyyələr verdik ki, bu günü daim xatırlasınlar. Bu həm də həmin uşaq evində olanlara "Atabank" adından bir dəstək idi. Dəstək layihələrimiz bundan sonra da davam edəcək".