Astanada Türk "Yaşıl maliyyə" Şurasının ikinci iclası keçirilir

Maliyyə
  • 09 sentyabr, 2026
  • 09:53
Astanada Türk Yaşıl maliyyə Şurasının ikinci iclası keçirilir

Sentyabrın 9-da Astanada Türk "Yaşıl maliyyə" Şurasının ikinci illik görüşü keçirilir.

"Report"un Qazaxıstan bürosunun xəbərinə görə, iclas qapalı rejimdə keçirilir.

Görüşdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin maliyyə tənzimləyicilərinin, iqtisadiyyat və maliyyə qurumlarının, eləcə də fond birjalarının rəhbərləri və nümayəndələri iştirak edirlər.

İştirakçılar yaşıl və dayanıqlı maliyyələşdirmənin inkişafını, karbon bazarlarının formalaşdırılmasını, təbiətə əsaslanan həllərin və şəriət prinsiplərinə əsaslanan yanaşmaların tətbiqini müzakirə edirlər.

Görüşdə birgə layihələrin hazırlanmasına, regional əməkdaşlığın gücləndirilməsinə və sahə mütəxəssislərinin təliminə xüsusi diqqət yetiriləcək.

44 filmi