"Aset Maliyyə Texnologiyaları" BOKT-un təsisçisi dəyişib

Maliyyə
  • 06 may, 2024
  • 14:40
Aset Maliyyə Texnologiyaları BOKT-un təsisçisi dəyişib

"Aset Maliyyə Texnologiyaları" MMC bank olmayan kredit təşkilatının (BOKT) yeganə təsisçisi Ülviyyə Sadıqova payını satıb.

“Report” xəbər verir ki, onun payını Elçin Bağırov alıb.

Xatırladaq ki, "Aset Maliyyə Texnologiyaları" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır.

44 - Tezliklə