"Aset Maliyyə Texnologiyaları" BOKT ötən ili zərərlə başa vurub

Maliyyə
  • 06 may, 2024
  • 14:17
Aset Maliyyə Texnologiyaları BOKT ötən ili zərərlə başa vurub

"Aset Maliyyə Texnologiyaları" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 40 min manat zərərlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2 dəfə azdır.

Bu il yanvarın 1-nə "Aset Maliyyə Texnologiyaları"nın aktivləri 331 min manat olub ki, bu da illik müqayisədə 14,7 % azdır. Bunun 151 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib. BOKT-un kredit portfeli 2022-ci ildə 79,8 % böyüyüb.

Hesabat dövründə BOKT-un öhdəlikləri 3,2 dəfə azalaraq 54 min manata, balans kapitalı isə 27,8 % artaraq 276 min manata, nizamnamə kapitalı isə 33,3 % artaraq 400 min manata düşüb.

Xatırladaq ki, "Aset Maliyyə Texnologiyaları" 2017-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % Elçin Bağırovdır.

44 - Tezliklə